Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Avropaya miqrant aparan şəbəkə dağıdıldı.

Avropaya miqrant aparan şəbəkə dağıdıldı.
24-11-2021, 02:22 147 dəfə baxılıb

Əlcəzairin Müdafiə Nazirliyi Avropaya miqrantların qaçaqmalçılığını təşkil edən beynəlxalq şəbəkənin darmadağın edildiyini açıqlayıb.

Vətənim-Azərbaycandır.az” TRT-yə istinadən xəbər verir ki, əməliyyatı jandarm qüvvələri ölkənin şərqindəki Burc Buariric əyalətində həyata keçirib.
İstintaq zamanı müasir üsullardan istifadə edildiyi bildirilən açıqlamada sözügedən qaçaqmalçılıq şəbəkəsinin məhv edildiyi qeyd olunub.
Transsərhəd mütəşəkkil qrupların miqrant qaçaqmalçılığı üzrə ixtisaslaşmış olduğu bildirilən şəbəkənin fəaliyyəti Əlcəzair üzərindən Qərb ölkələrinə və Avropaya qədər uzanır.
Saxlanılanlardan 14-ü müvəqqəti həbs edilib. Yeddisi beynəlxalq olmaqla, 13 nəfər barəsində həbs qərarı çıxarılıb.
Əlcəzair səlahiyyətliləri ölkənin afrikalı miqrantlar üçün Aralıq dənizi və Avropaya keçid məntəqəsinə çevrildiyini bildirir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI