Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR
18-04-2021, 11:41 366 dəfə baxılıb

“Rusiya zaman-zaman öz siyasi, iqtisadi, hərbi-strateji maraqlarına görə qonşularının “yumşaq qarnından” istifadə edir, ən zəif nöqtələrindən vurur”.


Rusiyanın miqrantları öz ölkələrinə geri qaytaracağı ilə bağlı xəbəri Vetenim-Azerbaycandir.az-a şərh edən “REAL”ın icra katibi Natiq Cəfərli belə deyib. O fikirlərini belə davam etdirib: “Rusiya qonşularını gah pomidor-xiyarla, gah da turizmlə cəzalandırır. Belə silahlardan biri də miqrant məsələsidir: Bu gün Rusiyada 7 milyon nəfərə yaxın miqrant var. Bunun da 25%-ə yaxını ukraynalılardır. Deməli, hardasa 1,8-2 milyon nəfər Ukrayna vətəndaşı indi Rusiyada qeyri-leqal yaşayır. Rusiyanın miqrantlarla bağlı aldığı, “iyunun 15-nə kimi hamısını qovacağıq”, qərarı, təbii ki, ən çox ukraynılalara hesablanıb. 2 milyon işsiz Ukraynaya qayıtsa, onlar sosial gərginliyi artıran elementə çevrilə bilər”.

Natiq Cəfərlinin sözlərinə görə, bu qərarın bizə də təsiri olacaq: “Müxtəlif hesablamalara görə bu gün Rusiyada 120-150 min arası qeyri-leqal yaşayan vətəndaşımız var. Onları geri göndərsələr bu ölkədə yeni işsizlik ordusu, yeni sosial gərginlik ocağı yaradacaq. Biz normal ölkə həm də ona görə qurmalıyıq ki, Rusiyanın pomidor-xiyar, miqrant təhdidlərindən sığortalana bilək..
“Miqrantların Rusiyadan çıxarılması istənilən halda onların Vətənində sosial gəginlik yaradacaq”
İqtisadçı ekspert Samir Əliyev də, mövzu ilə bağlı açıqlamasında maraqlı fikirlər səsləndirib. O bildirib ki, məsələnin maraqlı tərəfi bu açıqlamanın məhz MDB-nin Parlamentlərarası Assambleyasının iclasında verilməsidir: “Tədbirdə açıqlanan statistik məlumata inansaq, hazırda Rusiyadakı qanunsuz miqrantların sayında ölkələrin bölgüsü belədir: Özbəkistan (332 min), Tacikistan (247 min), Ukrayna (152 min), Azərbaycan (120 min), Qırğızıstan (115 min), Ermənistan (61 min), Moldova (56 min), Qazaxıstan (49 min). Görünən budur ki, Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir. Bu, ilk hal deyil. Dövrü olaraq Rusiya rəsmiləri oxşar açıqlamalar verib. Hər il milyardlarla dollar həcmində vəsait miqrantlar vasitəsilə Rusiyadan çıxarılır və bunda qanunsuz hesab edilənlərin də payı var. Məsələn, 2020-ci ildə MDB ölkələrinə gedən pulun həcmi 11 milyard dollardan çox olub. Bu vəsaitin əsas hissəsi Qırğızıstan ($2 milyard), Tacikistan ($1,9 milyard) və Özbəkistanın ($3,9 milyard) payına düşüb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI