21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
SON DƏQİQƏ! Qarabağ mövzusu Türkiyə Milli Təhlükəsizlik Şurasına salınıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.
Vetenim-Azerbaycandir.az “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Administrasiyasında baş tutan toplantıda Egey dənizi, Şərqi Aralıq dənizi və Kiprdəki proseslər, həmçinin Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlər müzakirə olunur.
Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qiymətləndirilməsi də iclasın gündəliyində olan məsələlərdən biridir.
Bundan başqa, iclasda Suriyada son dövrlərdə baş verən proseslərlə yanaşı, Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparılır.
Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizindəki problemləri müzakirə etmək üçün yenidən başladılan məşvərət danışıqlarında gəlinən mərhələnin qiymətləndirildiyi iclasda Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan qaynaqlanan haqlarının müdafiəsi istiqamətində atdıqları addımlar da müzakirə olunur.
Toplantıda həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla terror təşkilatlarına qarşı aparılan əməliyyatlar, digər regional və milli təhlükəsizlik məsələləri müzakirə edilir.