Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“ABŞ Rusiyaya qarşı nüvə silahı təlimi keçirib” - Şoyqu

“ABŞ Rusiyaya qarşı nüvə silahı təlimi keçirib” - Şoyqu
24-11-2021, 01:31 387 dəfə baxılıb

"ABŞ strateji bombardmançıları Rusiyaya qarşı nüvə silahı təlimi keçirib".

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri general Vey Fınqhi ilə onlayn görüşündə deyib.
"ABŞ təyyarələri keçən ay sərhədlərimiz yaxınlığında 30 uçuş həyata keçirib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur", - deyə Şoyqu bildirib.
Şoyqu həmçinin qeyd edib ki, ABŞ-ın strateji bombardmançı təyyarələri Rusiyaya qarşı eyni vaxtda şərq və qərb istiqamətindən nüvə silahı təlimi keçiriblər:
“Qlobal Tunder manevri zamanı sözügedən təlimi 10 təyyarə ilə həyata keçiriblər".
Görüş zamanı Rusiya və Çin nazirləri iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı üçün yol xəritəsi sənədini imzalayıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI