Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Dünya bioterror hücumlarına hazırlaşmalıdır” - Bill Qeyts

“Dünya bioterror hücumlarına hazırlaşmalıdır” - Bill Qeyts
5-11-2021, 03:07 227 dəfə baxılıb

“Dünya təkcə yeni pandemiyalara deyil, həm də koronavirusun yayılmasından daha təhlükəli ola biləcək bioloji silahlardan istifadə etməklə mümkün terror hücumlarına hazırlaşmalıdır”.

Vətənim-Azərbaycandır.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Microsoft”un qurucusu Bill Qeyts bildirib. O qeyd edib ki, yeni təhlükələrə qarşı mübarizə aparmaq üçün epidemioloji təhlükəsizlik tədqiqatlarına və yoluxucu xəstəliklərlə mübarizə üçün xüsusi mexanizmlərin hazırlanmasına milyardlarla dollar xərclənməlidir. 
Bill Qeyts Ümumdünya Səhiyyə Təşkilatını epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrup yaratmağa çağırıb. Onun fikrincə, bu struktur həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşa, onların nəticələrinin aradan qaldırılması üçün ssenarilər tətbiq edə bilər: 
“ÜST-nin Pandemiya üzrə İşçi Qrupunun ildə təxminən bir milyard dollara ehtiyacı olacaq. Bu qrum “bakterioloji təlimlərə” nəzarəti həyata keçirəcək”.
Qeyts bioloji silahların tətbiqi ilə terror aktları təhlükəsinin qarşısının alınmasının vacibliyini belə izah edib:
“Bioterrorçular 10 hava limanına çiçək xəstəliyi yaysalar necə? Dünyanın buna necə cavab verə biləcəyini bilirikmi? Təbii epidemiyalar və bioterrorizmin yaratdığı epidemiyalar var. Sonuncu, indi yaşadığımızdan da pis ola bilər... Ümid edirəm ki, beş ildən sonra “Biz növbəti pandemiyaya hazırıq” adlı kitab yaza biləcəyəm, lakin bunun üçün araşdırmalara milyardlarla dollar xərcləmək lazımdır. Buna ABŞ və Böyük Britaniya qoşulacaq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI