Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ÜST daha bir peyvəndin istifadəsinə icazə verdi.

ÜST daha bir peyvəndin istifadəsinə icazə verdi.
4-11-2021, 02:25 191 dəfə baxılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın “Bharat Biotech“ şirkətinin koronavirusa qarşı hazırladığı “Covaxin“ peyvəndinə təcili istifadə üçün icazə verib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, beynəlxalq qurumun tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb.
Bununla da BMT təsisatlarının portfoliosuna koronavirusa qarşı sayca səkkizinci peyvənd əlavə edilib, onlara bu peyvəndin alışı və paylanmasına icazə verilib.
ÜST tərəfindən yayılan məlumatda qeyd olunur ki, keyfiyyət, təhlükəsizlik, təsir gücü, risk menecmenti planı və proqrammatik yararlılıq üzrə məlumatların tədqiqi əsasında peyvənd barədə qərar verilib. Qurumun Texniki Məşvərət Qrupu “Covaxin“ peyvəndinin ÜST tərəfindən müəyyən edilmiş COVID-19-a qarşı qoruma standartlarına cavab verdiyi qənaətinə gəlib.
Eyni zamanda, Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) inaktiv SARS-CoV-2 virus hissəciklərindən istifadə olunmaqla hazırlanan peyvəndin aralıq müddəti dörd həftə olmaqla iki dozada tətbiqini tövsiyə edib.
Qeyd edilməlidir ki, ÜST indiyədək “Biontech/Pfizer”, “Moderna”, “AstraZeneca”, “Johnson&Johnson”, “Sinopharm” və “Sinovac” peyvəndlərinin təcili istifadəsinə icazə verib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI