Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pakistana qarşı təxribat: Döyüş təyyarəsi havaya qaldırıldı.

Pakistana qarşı təxribat: Döyüş təyyarəsi havaya qaldırıldı.
20-10-2021, 07:17 170 dəfə baxılıb

Pakistan Hərbi Dəniz Qüvvələri ölkənin ərazi sularına girməyə çalışan Hindistan sualtı gəmisinin qarşısını alıb.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Açıqlamada hərbi dəniz qüvvələrinin ölkənin dəniz sərhədlərini qorumaq üçün fasiləsiz müşahidə apardığı bildirilib.
Pakistanın ərazi sularına girməyə çalışan Hindistan ordusunun sualtı gəmisinin qarşısının dəniz patrul təyyarəsi tərəfindən alındığı və bunun üçüncü belə hal olduğu qeyd olunub.
Açıqlamada əvvəlki 2 hadisənin vaxtı ilə bağlı məlumat verilməyib.
2019-cu ilin martında və 2016-cı ilin noyabrında Hindistanın sualtı gəmiləri Pakistanın ərazi sularına girmək istəyərkən ələ keçirilmişdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI