Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pentaqon rəhbəri 4 ölkəyə səfər edəcək !

Pentaqon rəhbəri 4 ölkəyə səfər edəcək !
13-10-2021, 02:07 231 dəfə baxılıb


ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Gürcüstan, Ukrayna, Rumıniya və Belçikaya səfər edəcək.
“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi bildirib.
“Nazir və komandası gələn həftə Avropaya səfərə hazırlaşacaq. Onlar Gürcüstan, Ukrayna və Rumıniyada olacaqlar. Səfər NATO müdafiə nazirlərinin görüşünün keçiriləcəyi Brüsseldə başa çatacaq”, - deyə Pentaqon sözçüsü qeyd edib.
Kirbi Ostinin bu ölkələrə səfərinin detallarını açıqlamasa da, yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcəyini söyləyib.  

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI