19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Cəmiyyətin dinamik və aparıcı güvvəsi olan Azərbaycan gəncliyi!
VETENİM-AZERBAYCANDIR.AZ
"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyev.
Azərbaycan gəncliyinin günündə, məhz elə Aərbaycan gəncliyinin inkişaf modelindən danışaq.
Azərbaycan Gəncləri Günüdür! Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıldı.
Cəmiyyətin dinamik və aparıcı qüvvəsi olan gənclərimiz fikizi və mənəvi potensiallarını səfərbər edərək olduğları bütün sferalarda böyük uğurlara imza,atmaqdadırlar. Bütün bu fəaliyyət istigamətini illər öncə,
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayarq ölkə gənclərinə olan diqqəti ön plana çəkdi.
"Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman, Dövlət gənclər siyasəti haqqında” fərman, “Gənclər siyasəti haqqında” Qanunun Ulu Öndərimiz tərəfindən imzalanması bütün bunlara bariz nümunə idi.
Təməli illər öncə Ulu Öndər tərfindən goyulan siyasi kursu bu gun müzəffər Ali Bş komanfanımız Cənab İlham Əliyev davam etdirir.
"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” –Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev"
Bax elə bu güvən idiki məhz Azərbaycan gəncliyi 44 günlük Vətən savaşında öz gənc imzalarını goydular, qanları ilə tarix yazdılar. 30 il davam edən torpag acımıza son qoyub 20 faizdən cox işqal altında olan Azərbaycan torpağları azad olundu. Bu şərəfli tarix Azərbaycan həmçinin şücaəti idi.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Bəli bu gün Gənclər gününü bir başqa formada, başga qürurla bayrm edir Azərbaycan gənci.Cünki biz azad, müstəqil, qalib ölkənin gəncləriyik.
Bu xoşbəxtliyimiz əbədiyyətə yol alsın!
Gününüz mübarək gənclər!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
VETENİM-AZERBAYCANDIR.AZ