Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Dünya Ana və Uşaq” ictimai birliyinin sədri və Dunyaxeber.org saytin təsiscisi Vətən fədaisi Dünyaxanım Əliyevanın dogum günüdür!

“Dünya Ana və Uşaq” ictimai birliyinin sədri və Dunyaxeber.org saytin təsiscisi Vətən fədaisi Dünyaxanım Əliyevanın dogum günüdür!
16-12-2022, 22:13 260 dəfə baxılıb

Tarixi şəxsiyyətlərin ömür yoluna baxdıqda görürük ki, həyat böyük bir sınaq meydanıdır. Bu sınaqdan alnıaçıq, üzüağ çıxmış müdriklərin nəsihətnamələrində dönə-dönə vurğulandığı kimi gərək bu həyatı elə yaşayasan ki, hər zaman, hər yerdə faydalı fəaliyyətinlə, səni əhatə edən insanlara xeyirxahlıq duyğuları bəxş edən gərəkli ömrünlə, xoş sorağınla səni tanıyanların ruhunda xoş ovqat yaradasan, özündən sonra da xatirələrdə gözəl izlər buraxasan.Onun xeyriyyəçilik fəaliyyətinin qısa xronikasına nəzər salaq. Bütün mürəkkəb problemləri təkcə dövlətin üzərinə qoymaq olmaz – deyə düşünən Dünyaxanım Əliyeva 2000-ci ildə “Dünya, Ana və Uşaq” ictimai birliyini təsis etdi. Birliyin məqsədi ana və uşaqlarla bağlı problemlərin həllinə yardımçı olmaqla bərabər müxtəlif istiqamətlərdə maarifləndirmə və xeyriyyəçilik işini də əhatə edir.
Füzuli bölgəsində N saylı hərbi hissənin rəhbərliyi tərəfindən “Fəxr əsgəri” diplomu ilə;
Xeyriyyəçi kimi xidmətlərinə görə isə onlarla diplom və mükafatlar;
Mədəniyyət Nazirliyinin Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş diplomu;
AMEA mərkəzi Elmi Kitabxanasının təşəkkurnaməsi;
İqtisadiyyat Nazirliyinin fəxri diplomları;
“Alı Hacıyev” Qəhrəmanlıq mükafatı ilə;
1998-ci ildə isə xeyirxah işlərinə görə Hacı Zeynalabdin Tağıyev adına fəxri mükafatin laureati;
2008-ci ildə yeniyetmələr, gənclər və böyüklərarası TSU ŞİN GEN Karate üzrə I açıq Bakı çempionatının keçirilməsinə göstərdiyi köməkliyə görə fəxri fərmanla;
“Vektor” Beynəlxalq Elmi Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış xanımları”, beynəlxalq layihəsinin qalibi olmuş;
“XXI əsrin tanınmış xanımı” Beynəlxalq diplomuna, “Avropa” Nəşr Mətbu evinin müəyyənləşdirdiyi 2005-ci ilin “Ən yaxşı vətənpərvər və xeyriyyəçi” diplomuna;
Dövlətçiliyin inkişafı, qüdrətləndirilməsi və dünya azərbaycanlılarının həmrəyliyinin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin fəxri fərmanı;
Milli dövlətçiliyin, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının təbliğində və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində səmərəli fəaliyyətinə görə Şakir Əhmədli baş redaktoru olduğu “Mərhəmət elçisi” jurnalının redaksiya heyətinin qərarına əsasən “Vətənə Sədaqət” diplomu ilə;
“XX əsrin Azərbaycan qadını” (2001) medalı ilə
2012-ci ildə “Azərbaycan diaspor təşkilatının formalaşmasında, Güney Azərbaycanla bağlı ictimai işlərin təşkilində” fəal iştirakına görə ona Uluslararası Güney Azərbaycan Konseyi Təşkilat Komitəsi tərəfindən diplom və.s ilə təltif edilmişdir.Gecə -gündüz fasilə vermədən
Səhətində bər hansı bir narahatçılıga belə əhəmiyyət vermədən zamanını vətən üçün xidmətlərinə ayıran bu əvəzsiz xanım Dünyaxanım Əliyevanı tanıdıgım üçün qürur duyuram onun dünya boyda qəlbə sahib olduğunu mərdliyini saysız gözəlliklərlə əhatələnmiş xarakterini sezdikdən sonra qürur duymamaq mümkün deyil sizə olan arzu və düşüncələrimi ancaq bir kitaba sıgışdıra bilərəm vətəni üçün misilsiz xidmətləri saymaqla bitməyən sözün əsil mənasında Vətənpərvər xanım Dünyaxanım Əliyavını dogum günü münasibətilə Dünyaxəbər.orq saytımız və Dünya Ana və Uşaq ictimai birliyimizin kollektivi adından səmimi qəlbdən təbrik edir, Sizə ən əsas can-saglıgı və sizə tutduğunuz bu mövqedə uğurlar arzulayırıq Dogum gününüz mübarək !
Şəbnəm Turan


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI