21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Rusiyanın Sankt-Peterburq şəhərində ”Nizami Gəncəvi 880” (Низами Гянджеви 880) adlı kitabı nəşr olunmuşdur.
Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş”Nizami Gəncəvi 880” (Низами Гянджеви 880) adlı kitabı nəşr olunmuşdur. Kitabın tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq dövlət universitetinin müəllimi,türkoloq Şahnaz Kamalovadır.
Kitabda Azərbaycandan,Rusiyadan,Türkiyədən,Almaniyadan olan on doqquz alimin elmi məqalələri toplanmışdır.
Kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunub.
3 dekabr 2022-ci ildə Sankt-Peterburq şəhərində “Nizami Gəncəvi 880” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Sankt-Peterburqda yaşayan ziyalılar,Azərbaycan icmasının üzvləri, Sankt-Peterburq dövlət universitetinin şərqşünaslıq fakultəsinin müəllimləri ,Azərbaycan Pespublikasının Sankt-Peterburqda yerləşən konsulluğunun mədəniyyət məsələsi üzrə konsullu Rəhim Rəhimzadə iştirak edərək kutabın müəllifi Şahnaz Kamalovaya Sankt-Peterburqda Azərbaycan dilini,ədəbiyyatını,mədəniyyətini yaymaq yönümündə gördüyü işlərə görə təşəkkürlərini bildirib, “Nizami Gəncəvi 880” kitabının işıq üzü görməsində Şahnaz xanımı və əməyi keçən hər kəsi təbrik etdilər.
Təqdimat yüksək səviyyədə həyata keçirildi. Qonaqlar söz alaraq Nizami Gəncəvi irsindən söz açıb,şeirlər səsləndirdilər. “Çinar” rəqs qrupunun rəhbərliyi, Xeyransa Mirzoyeva,Ülviyyə Abbasova xanımların iştirakı ilə , ansamblın üzvlərinin gözəl rəqsləri tədbirə rəng qatdı.
Təqdimatda Tele-körpü vasitəsi ilə İsveçdən yazıçı Eluca Atalı,Türkiyədən Ali Temizel,Bakıdan Şəfəq Əlibəyli, Rusiyanın Yaroslavl şəhərindən Rusiya Azərbaycan Qadınları İB-nin sədri Xatirə Qəmbərova və diğər qonaqlar qoşulmuşdular.
Tədbirin sonunda Rusiya Dövlət Dumasının deputatı D.İ. Savelyevin və Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun təbrik məktubu oxundu.
Tədbirin sonunda “Nizami Gəncəvi 880” kitabları tədbir iştirakçılarına paylanıldı.
Biz,Rusiya Azərbaycan Qadınları İB -in xanımları adından dəyərli ziyalımız Şahnaz Kamalovanı “Nizami Gəncəvi 880” adlı kitabı münasibəti ilə ürəkdən təbrik edir,ona bütün işlərində uğurlar arzu edirik!Hörmətlə;RAQİB -in rəhbəri Xatirə Arif qızı Qəmbərova
VETENİM-AZERBAYCANDIR.AZ