Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün İsmayıllı rayonunun yaranma tarixinin 91 illiyidir

Bu gün İsmayıllı rayonunun yaranma tarixinin 91 illiyidir
24-11-2022, 17:57 249 dəfə baxılıb

Rayonun İcra başçısı Nahid Bağırov şəxsi Facebook səhifəsində paylaşım edərək şəhər  sakinlərinə təbrik ünvanlayıb.
Həmin yazını Dunyaxeber.org oxucularına təqdim edirik
91 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır. Bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanması, vətənsevərliyi, dövlət siyasətinə sədaqəti ilə seçilir. 
İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır. Rayon 2074 kv.km ərazi ilə böyüklüyünə görə respublikada 5-ci yerdədir.
İsmayıllının 1-i şəhər (İsmayıllı), 2-si şəhər tipli qəsəbə (Lahıc, Basqal) 105-i isə kənd olmaqla, 108 yaşayış məntəqəsində 88 mindən çox əhali yaşayır. Rayonun Basqal qəsəbəsi öz kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi isə qədimliyi ilə seçilir və dünya misgərlik incilərindən sayılır.
Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yerləşir. Buna görə böyük turizm potensialına malik rayonumuz son vaxtlar görülən işlər nəticəsində daha da inkişaf etmişdir.
İsmayıllının tarixindən bu gününə qayıtdıqda əsl mənada yüksəlişin, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya uyğun sürətli inkişafın, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin tələblərinə uyğun fəaliyyətin qurulduğunun şahidi olursan.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllıya səfəri zamanı açılışını etdiyi yeni obyektlər – İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binaları, Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri, Basqal-Sulut avtomobil yolunun, “Basqal Resort & Spa” otelinin açılışı rayonun yeni bir tarixi və şərəfli dövrünü yaşadığını sübut edir.
İsmayıllı yarandığı gündən uğurla inkişaf etmiş və kənd təsərüffatı rayonuna çevrilməsinə baxmayaraq parallel olaraq digər sahələrdə də uğur qazanmışdır. Bu il İvanovka taxıl sahələrində məhsuldarlıq 50,5 sentnerə çatıb. Bu isə kolxoz yarandığı gündən bəri əldə olunmuş ən yüksək göstəricidir. Rayonda sənaye sahəsinin inkişafı məqsədi ilə son illərdə ardıcıl tədbirlər həyata keçirilməsi nəticəsində sənaye məhsulları istehsalında artım müşahidə olunur. 
Rayonun inkişafına təsir edən amillərdən biri də onun təhsilidir. Təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı təhsili ölkənin ön sıralarındadır. Buna görədə təhsil İsmayıllının brendinə çevrilib.
İsmayıllılarda həmişə vətənə sevgi və vətənpərvərlik hisləri güclü olub. Bunun nəticəsidir ki, Vətən müharibəsində Prezident İlham Əliyevin çağrışına qoşularaq İsmayıllılar həm ön, həm arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək sona kimi Ali Baş Komandana dayaq oldular. Şanlı Qələbəmizlə yekunlaşan bu döyüşlərdə gənclərimiz xüsusi qəhrəmanlıq göstərdilər.
Belə bir rayona rəhbərlik edib, sizinlə çiyin-çiyinə çalışmaq qürurvericidir.
Əziz İsmayıllıar, sizi bu gün münasibətilə səmimi qəlbdən təbrik edirəm, İsmayıllının çiçəklənməsi yolunda birgə daha yaxşı işlərə imza atacağımıza inanıram.






VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI