21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Bugün Şabran və Siyəzən rayonunda yüksək bal toplayan tələbə adını qazanmış məzunlarla görüş olub
Bu gün Şabran və Siyəzən rayonundan olan, yüksək bal toplayaraq, artıq tələbə adını qazanmış məzunlarımızla QALAALTI HOTEL SPA mərkəzində, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə çox gözəl formatda görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri hörmətli, Rüfət Hacıyev məzunları salamladı, onlara bundan sonraki həyatlarında və tələbəlik illərində uğurlar arzuladı. Daha sonra tədbirdə Şabran və Siyəzən rayonu üzrə Millli Məclisin deputatı Hörmətli Sadiq Qurbanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, sektor müdirləri Emin Mövsümov, Qələmşah Dostuyev, Aynurə Dadaşova, ATİAHİ-nın Şabran və Siyəzən rayon komitə sədrləri Seymur Qədəşov, Gülər xanım, Şabran və Siyəzən rayonları üzrə YAP təşkilatının sədrləri Mehdi Balabəyov, Samir Baxşıyev, Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva və İnci mağazalar şəbəkəsinin rəhbəri hörmətli Mikayıl müəllim, yüksək bal toplamış məzunlarla, eyni zamanda Şabran şəhər M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin məzunu olan, respublika birincisi, qızıl medal qazanmış Cəbrayılov Hikmət Səxavət oğlu ilə xatirə şəkilləri çəkdirdilər, onlara öz arzularını bildirdilər və məzunlara qiymətli hədiyyələr təqdim olundu. Görüş hamının iştirakı ilə səmimi bir çay süfrəsi arxasında davam etdi.