Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Aparacağıq polisə, nənəsi gəlib ağlayacaq...” - Brilliant Dadaşova

“Aparacağıq polisə, nənəsi gəlib ağlayacaq...” - Brilliant Dadaşova
8-12-2021, 14:21 307 dəfə baxılıb

“Mənim şəklim, adım olan kimi şərhlər gəlir. Artıq buna öyrəşmişəm”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Günün sədası” verilişində deyib. Müğənni sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərdən gileylənib: 
“Ona görə deyirəm ki, yaxşının qəlbindəyik, pisin həmişə yaddaşındayıq. Mən onların çoxunun yaşayış tərzini görmüşəm. Bilirəm ki, mənim şəklimi qoyub pis bir şey yazanda 20-30 min baxış, mənim ünvanıma 300 pis söz gəlir. Bilməlidir ki, Allahın qapazı mütləq onlara dəyəcək”.
Xalq artistinin sözlərinə görə, o, ünvanına pis sözlər yazan sosial şəbəkə istifadəçilərindən hüquq-mühafizə orqanlarına şikayət etmir:
“Aparacağıq polisə, yalvaracaq. Sonra nənəsi gələcək, ağlayacaq. Mən onsuz da onu bağışlayacağam. Amma bizim vaxtımız gedəcək. Çünki bir-iki dəfə olub. Ana gəlir, nənə gəlir, ağlayırlar, onsuz da bağışlayırsan”.
Dadaşova, həmçinin digər həmkarlarının onun ünvanına söz atdıqlarını deyib:
“Bilirlər ki, cavab verməyəcəyəm. Haqqımda yalandan fikir formalaşdırırlar. Biri bu yaxınlarda yazıb ki, qaçırdım Brilliantın qabağına salam verirdim... Belə şey heç vaxt olmayıb. Sadəcə o adam eşidib ki, mən həmişə demişəm ki, İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. İndi bunu götürüb mənə edir. Amma mənim qabağıma heç tanımadığım bir adam qaçsa, heç vaxt ola bilməz ki, salamı almayım. Salam Allahın adıdır. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edən adamlardır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI