Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanlı gəlini olan və 5 dəfə evlənən Van Dammın ailəsində XOŞ GÜN - FOTO

Azərbaycanlı gəlini olan və 5 dəfə evlənən Van Dammın ailəsində XOŞ GÜN - FOTO
19-10-2021, 18:03 438 dəfə baxılıb

Bu gün 61 yaşı tamam olan məşhur "Hollivud" ulduzu Jan Klod Van Damm bir çoxlarının sevgisini qazanan yaraşıqlı aktyorlardan biridir. Onun qadınların diqqət mərkəzində olması təəccüblü deyil. Bir çoxlarına qarşılıq göstərən Van Damm yaxınlıq etdiyi qadınların sayını itirdiyini etirf edib. Lakin onların yalnız dördü "supermen"in rəsmi həyat yoldaşı olub, biri hətta iki dəfə.

Vətənim-Azərvaycandır.az xarici mətbuata istinadən Jan Klodun ailə həyatı barədə daha geniş məlumatı oxuculara təqdim edir.
Belə ki, yaraşıqlı aktyor ilk dəfə Belçikada 18 yaşında nüfuzlu ailədən olan 25 yaşlı Mariya Rodrigezla evlənib.
Lakin bu ailənin ömrü qısa olub və ABŞ-a köçdükdən bir müddət sonra Mariya boşanmaq üçün məhkəməyə müraciət edib. Deyilənə görə, Mariya yoldaşının uğurlarına inanmayıb və onu dəstəkləmək fikrində olmayıb. Lakin Van Damm məhz həmin dönəmdə artıq yeni işində uğurlar əldə etməyə başlayıb.
Daha sonra o, sürücü işləyərkən çalışdığı tikinti şirkətinin sahibinin qızı Sintiya Derderianla tanış olaraq, evlənib. Bu evlilikdən bir neçə ay sonra, 1986-cı ildə Van Damm ilk uğurlu filmində rol alaraq məşhurlaşıb və... Sintiyanı tərk edib.
Lakin aktyor "boş oturmayıb" və tez bir zamanda Hollivudda yığıncaqlardan birində fotomodel və bodibildinq çempionu Qledis Portugezi görərək aşiq olub.
Onların ortaq maraqları çox olub və Qledis evlilik təklifinə ürəkdən "hə" deyib.
Bu evlilikdən cütlüyün iki övladı dünyaya gəlib: Kristofer və Byanka. Onlar da böyüyüyncə atalarının yolunu gedərək, filmlərdə çəkilməyə başlayıblar.
Lakin 6 il sonra Van Damm "Miss Havay" Darsi Lapyer ilə tanış olub, adətinə uyğun olaraq, Qledislə boşanıb və növbəti evlilik təklifini Darsiyə edib. Darsi onunla evlilik dönəmində Nikolas adlı oğlan uşağı dünyaya gətirib, lakin Jan Klodun ağır xasiyyətinə tab gətirməyib. Bundan başqa, məhz həmin dövrdə aktyor narkotikə qurşanıb, daha sonra isə bipolyar pozuntudan uzun müddət müalicə alıb.
Bu zaman Jan Klod əmin olub ki, onun yalnız sadiq və sevən Qledisə ehtiyacı var.
1999-cu ildə onlar yenidən rəsmi şəkildə evləniblər. Burada Van Dammın sonsuz macəralarının sona çatdığını düşünmək olardı, lakin... çox keçmədən, mətbuatda aktyorun ukraynalı model Alyona Kaverina ilə eşq yaşadığı barədə xəbərlər yayılmağa başlayıb. Van Damm 6 il ərzində bütün tədbirlərə, səyahətlərə məhz Alyona ilə gedib və onunla münasibətlərini gizlətməyib.
Maraqlıdır ki, 6 il sonra Alyona ilə ayrılıb yenidən Qledisə qayıtmaq istədikdə, bu qadın onu yenə bağışlayaraq qəbul edib.
Jan Klod Van Damm müsahibələrində daim təkrar edir ki, əldə etdiyi bütün nailiyyətlərinə görə öz həyat yoldaşına borcludur. Qledis təkcə onun xanımı deyil, həm də şəxsi məşqçisidir. O, bütün hallarda öz həyat yoldaşına dəstək olur və çətinlikləri aşmaqda ona yardım edir.
Bu gün də Qledis onu özünün "İnstagram" səhifəsində təbrik edib.
Qeyd edək ki, Jan Klod Van Dammın oğlu Kristofer Van Damm bu ilin iyun ayında azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadə ilə ailə qurub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI