Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Və hər kəsə məlumdur ki, bu əlaqələri yüksələn və inkişaf edən xətt üzrə ölkə başçımız Cənab İlham Əliyev davam etdirir və hər zaman qeyd edir ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqləri.
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına hər səfəri və xüsusiylə
2022-ci il 24 avqust tarixində Prezident Kasım-Jomart Tokayevlə görüşü bu qəbildən olan ən mükəmməl görüş sayıla bilər.
Eyni zamanda qeyd edim ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı da bu dostluğun, qardaşlığın bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.
Ən yaddaqalan və xüsusi əhəmiyyət kəsb edən məqam isə
Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilməsi oldu. . Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif olundu.
Bu haqisə xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.
Ölkəmizdə bu uğurun sevincini yaşan minlərlə insan vardır.
Bəli yüksəlişin, tərəqqinin, inkişafın ən kəsə yoludur beynəlxalq, güclü, strafeji əlaqələr.
Bu gün Azərbaycan bir çox cahan dövlətlərinin rəqabətin davamlı, və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Azərbaycan Qazaxıstan birliyinə eşq olsun! Əbədi olsun!
Nəhayət Şirinova İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"
Vətənim-Azərbaycandır.az
" xəbər portalının redaktoru
ADPU Quba filialının əməkdaşı