Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qazilər və şəhidlər hər zaman diqqət mərkəzindədilər.

Qazilər və şəhidlər hər zaman diqqət mərkəzindədilər.
29-07-2022, 21:31 241 dəfə baxılıb

Şəhid ailələrini və qaziləri ziyarət etmək məqsədilə hazırda Astara rayonundayam.
Rayonun Əzərüd kəndində şəhid Pəncəli Teymurovun ev muzeyini ziyarət edərək, şəhid ailələri və qazilər ilə görüşdük. Qəhrəmanlarımızın valideynləri övladlarının şücaətindən böyük fəxrlə danışaraq, keçdikləri döyüş yolu barəsində geniş məlumat verdilər. Məhz qəhrəman Vətən oğullarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında göstərdikləri şücaət hesabına torpaqlarımız bu gün azaddır. Ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar edilib, üçrəngli şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Görüşlərdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə, problemlərinin həllinin daim nəzarətdə saxlanıldığına, sosial rifahlarının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlara görə dövlət başçısına, Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Bütün şəhidlərimizin müqəddəs ruhunu dərin hörmət və ehtiramla anır, Allahdan onlara rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.

Adil Əliyev.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI