Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

22 iyul Milli Mətbuat Günü

22 iyul Milli Mətbuat Günü
23-07-2022, 00:49 1 499 dəfə baxılıb

Bu gün 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan Respublikası "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə "Sahibkarlığın İnkişafında Medianın Rolu" mövzusunda möhtəşəm, yaddaqalan bir tədbir baş tutdu. Tədbirdə Media nümayəndələri, müxtəlif təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, sahibkarlıq fəaliyyəti ilə məşqul olan iş adamları və s. iştirak edirdi. 

Tədbiri giriş sözü ilə "Sahibkar Qadınlar" İctimai Birliyinin sədr müavini Afaq xanım acaraq tədbir iştirakçılarını salamladı.
Daha sonra Sahibkar Qadınlar" İctimai Birliyinin" sədri hörmətli Zenfira xanım Ağayeva çıxış edərək "Sahibkarlığın İnkişafında Medianın Rolu" mövzusunda məruzə etdi. Təbrik üçün söz rəssam-modelyer, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfovaya verildi. O, da öz çıxışında medianın və media işçilərinin obyektiv və qərəzsiz mövqeyindən bəhs etdi.
Daha sonra Xidməti İş Həmkarlar İttifaqı Federasiyasının Birinci Vitse Prezidenti Camal İsmayılova söz verildi. Natiq öz çıxışında Qadın sahibkarlığın önəmindən və bunun mediaya siraətindən danışıb. Çıxışları Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucov davam etdirib. O, öz nitqində Azərbaycan Mediasindakı uğurlu inkişaf yolunu ön plana çəkmiş və yeni fəaliyyətə başlayan Öndərtv. ORQ xəbər portalı barəsində də məlumat verib. Sonda təltif olunma mərasiminə start verilib.
22 iyul Milli Mətbuat Günü münasibəti ilə bir qrup seçilən Media nümayəndələrinə Fəxri mükafatlar təgdim olunub. Təltif olunanlar sırasında Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucov müəllim də olmuşdur. Biz də öz komandamız adından başda hörmətli Kamran müəllim olmaqla bütün vicdanlı qələmə sahib olan Media nümayəndələrini təbrik edirik. Sözünüz kəsərli, gələsiniz iti olsun əziz həmkarlar.

Nəhayət Şirinova.
İctimaiyyətçi. Yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI