Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sabah dənizdə 27° isti olacaq

Sabah dənizdə 27° isti olacaq
14-07-2022, 13:16 277 dəfə baxılıb

İyulun 15-nə olan hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən 
"Vətənim-Azərbaycandır.az" "Qafqazinfo"ya istinadən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti  yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-55 % olacaq.

Abşeron çimərliklərində şimal küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI