Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sabah yağış yağacaq

Sabah yağış yağacaq
11-12-2021, 14:33 252 dəfə baxılıb

Azərbaycanda dekabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Vətənim-Azərbaycandır.az” a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında  
Arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə duman. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  4-8° isti, gündüz  10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI