Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xaçmazda yanğınsöndürənlər yırtıcı heyvanın balasını alovdan xilas etdilər

Xaçmazda yanğınsöndürənlər yırtıcı heyvanın balasını alovdan xilas etdilər
12-07-2022, 13:31 213 dəfə baxılıb

Meşə yanğınları zamanı yaşıllıqlarla yanaşı, həmin ərazidə yaşayan yırtıcı heyvanların və quşların yuvaları da məhv olur. Yanğınsöndürənlər alovu ram etməklə yanaşı, köməksiz vəziyyətdə qalan heyvanları da xilas etməyi özlərinə borc bilirlər.

"Vətənim-Azərbaycandır.az" AZƏRTAC-a istinadən bölgə müxbiri xəbər verir ki, Xaçmazda meşə massivində qeydə alınan yanğın zamanı anasından ayrı düşmüş çaqqal balası aşkarlanıb. Güclü yanğınla mübarizə aparan yanğınsöndürənlər körpə çaqqal balasını alovun pəncəsindən xilas edərək təhlükəsiz əraziyə çıxarıblar. Yanğınsöndürənlərin bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Xaçmaz rayonunda meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI