Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADPU Quba Filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib

ADPU Quba Filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib
1-07-2022, 06:59 922 dəfə baxılıb

ADPU Quba Filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib


İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, “İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı, "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunub, dini ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılmasının vacibliyi vurğulanıb. Bu cür seminarların mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbir qarşılıqlı müzakirərələr və sualların cavablandırılması ilə davam edib.

Nəhayət Şirinova.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI