Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xıdır Zində və ya Xızır Zində- Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir.

Xıdır Zində və ya Xızır Zində- Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir.
23-05-2022, 23:04 473 dəfə baxılıb

Xıdır Zində və ya Xızır Zində- Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədi ilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər.


Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3x3 m olan, yaşayış yerini vǝə ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var.

Xıdır Zində pirini Beş Barmaq də adlandırırlar. Beşbarmaq dağı və ya Baş Bərmək dağı --ilkin orta Əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalir. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.

Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020 ci il iyunun 8-də "Beşbarmaq dağı" Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının Şabran rayonu üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI