Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə KTMT-yə dəvət olundu

Türkiyə KTMT-yə dəvət olundu
17-05-2022, 19:30 239 dəfə baxılıb

“Yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar alyansın parçalanmasına gətirib çıxara bilər. Belə halda Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq haqqında düşünə bilər”.


Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.

"Mən artıq demişəm ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması alyansın parçalanmasına səbəb ola bilər. Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik", - Şxaqoşev deyib. 

Parlamentarinin sözlərinə görə, “Ərdoğan ciddi siyasətçidir. Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamətə çevirə bilər".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI