Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Ümumi orta təhsil bazası üzrə imtahanlar keçirilib

Ümumi orta təhsil bazası üzrə imtahanlar keçirilib
15-05-2022, 20:33 225 dəfə baxılıb

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.


"Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, Mərkəzdən bildirilib ki, bu gün, həmçinin eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları imtahan veriblər.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasına təşkil olunub.

Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1332 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb.

İmtahanda 14112 nəfərin iştirakı nəzərdə tutulurdu.

Mayın 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI