Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Pilot Residence” məhkəmədə 755 minlik iddianı uduzdu

“Pilot Residence” məhkəmədə 755 minlik iddianı uduzdu
11-05-2022, 10:34 201 dəfə baxılıb

Bakıda böyük yaşayış kompleksi inşa edən "Pilot Residence" MTK-ya qarşı məhkəmə iddiası qaldırılıb.


“Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, şirkət rəhbərliyi dövlət büdcəsinə olan külli miqdarda vergi borcunu ödəməkdən yayınıb. Nəticədə, Dövlət Vergi Xidməti iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Ötən gün yekunlaşan prosesdə hakim Zeynəb Axundova iddianı təmin edib. Qətnaməyə əsasən, "Pilot Residence" MTK dövlətə olan 755 min manata yaxın borcunu ödəməlidir. Əks təqdirdə borc şirkətin əmlakları müsadirə olunmaqla tutulacaq.

Qeyd edək ki, “Pilot Residence” MTK-nın rəhbəri Emil Tağıyev Arif oğludur. Şirkət əsasən premium mənzillərin inşası ilə tanınır. Yaşayış kompleksi Səbail rayonunda Nizami küçəsində inşa olunub. Şirkətin "Pilot Residence Şərifzadə” adlı daha bir layihəsi də var.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI