Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Heydər Əliyev tanrının yer üzünə ərmağanıdır.

Heydər Əliyev tanrının yer üzünə ərmağanıdır.
9-05-2022, 07:57 1 077 dəfə baxılıb

Tanrı dünyaya ərmağan edər.

Bəzi insanlar var ki,onlar Tanrının yer üzünə ərmağanıdır.Bu həyatda hər kəsin bir missiyası var.Kimisi həyat qurtarar,kimisi bilgəlik bəxş edər,kimisi can yandırar,kimi can qurtarar....Hər kəs çox arzuladığı həyatı sonunda  yaşayar.Kimisi yaşayar-hənirtisi bilinməz,kimisi yaşayar-yaşamı dünya taleyini dəyişdirər.Söhbət onlardan-seçilmişlərdən gedir.Seçilmişlər hər xalqın taleyində var.Kimi taxt qurma,kimisi baxt qaralamaqla tarixə düşər.Bizim taxtımızı quran 
dövrümüzün qəhrəmanı-Heydər Əliyev-ulu öndər.Onun haqqında nə qədər yazılar yazılıb ,yenə ulu öndəri ifadə etməyə yetmir.Elə bir qüdrətli Azərbaycan qurdu ki,azadlığın dadının nə olduğunu bildik.Elə bir ölkə miras qoydu ki,qüdrətimiz hüdudlarımızı aşdı.Gücümüzü nümayiş etdirdi.Hər dövlət qurucusunun bacarmadığı bir xidmət göstərdi.Ölkənin tarixi yaddaşını özünə qaytardı.Onun siyasi səriştəsi,bu yolda olan təcrübəsi ölkəmizin bu günü və gələcəyi üçün  misilsiz xidmətləri onu əfsanələşdirdi.Dövlət müstəqilliyimizi üçün atdığı addımlardır ki,bu gün azad,heç bir xarici qüvvədən asılı olmadan yaşayırıq.Tək bunun üçün belə minnətdarıq  ulu öndərə.Heydər Əliyevdən heyranıqla,ehtiramla günlərlə danışsaq da onun xidmətlərini sadalayıb bitirmək olmaz.
Azərbaycan var olduqca  qəlblərdə yaşayacaq, heç kim onun  yerini tuta bilməyəcək.İllər keçəcək ....Kitablarda oxunduqca -Babək kimi,Cavanşır kimi,Nəbi kimi...Heydər keçdi bu dünyadan -deyiləcək.
Allah rəhmət etsin dəyərli ,əvəzolunmaz insan.

Abşeron rayon Mehdiabad qəsəbə 2 saylı tam orta 
məktəbin riyaziyyat müəllimi.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI