Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MTN polkovnikləri Vəkillər Kollegiyasına üzv qəbul edilib

MTN polkovnikləri Vəkillər Kollegiyasına üzv qəbul edilib
12-01-2022, 18:44 280 dəfə baxılıb

"MTN işi" üzrə ittiham edilən və hazırda barələrində məhkəmə istintaqı aparılan keçmiş MTN vəzifəliləri - polkovnik Sahib Ələkbərov və Yasin Məmmədov vəkillik fəaliyyəti ilə məşğul olur.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, ləğv edilmiş MTN-in İbtidadi istintaq idarəsinin rəis müavini Yasin Məmmədov ötən il, İdarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 2017-ci ildə vəkilliyə imtahan veriblər.
Y.Məmmədov mövzu ilə bağlı açıqlama vermək istəməyib.
Sahib Ələkbərov isə hazırda Vəkillər Kollegiyasının üzvü olduğunu təsdiqləyib: “Tam qanuni şəkildə imtahan verib Vəkillər Kollegiyasına üzv seçilmişəm. Hətta əvvəlcə hakimlik və notarius imtahanlarından da keçmişdim. Sonradan mümkün olmadı, vəkilliyə imtahan verib yüksək bal topladım.
İmtahan verərkən də barəmdəki ittihamları gizlətməmişəm. Onsuz da mənimlə bağlı hələ araşdırma gedir, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim məni təqsirli bilə bilməz. Məhkəmə həbs qərarı verərsə, özüm Kollegiyaya üzvlükdən imtina edərəm. Azadlıqda qalsam, fəaliyyətimə davam edərəm. Bugünədək vəkil kimi çıxdığım işlərdə müvəkkillərimi sona qədər müdafiə etmişəm, edəcəyəm də”.
Qeyd edək ki, hazırda Bakı hərbi Məhkəməsində ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, idarənin rəis müavini Yasin Məmmədov, idarənin şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Onların barəsində araşdırma 2016-cı ildə başlanıb.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla birlikdə iş adamlarından hədə-qorxu ilə külli miqdarda pul tələb ediblər. M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat pulu rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI