Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məhkəmə 3 hərbçinin qətlində ittiham olunan Elxanla bağlı qərar verdi

Məhkəmə 3 hərbçinin qətlində ittiham olunan Elxanla bağlı qərar verdi
4-01-2022, 17:15 187 dəfə baxılıb

Xəbər verildiyi kimi, yanvarın 2-si saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

 "Vətənim-Azərbaycandır.az" Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata istinadən bildirirki, bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI