Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gürcüstanda yeni qadağaların tətbiqinə başlanıldı

Gürcüstanda yeni qadağaların tətbiqinə başlanıldı
2-01-2022, 19:13 193 dəfə baxılıb

Yanvarın 1-dən Gürcüstanda yeni qaydalar qüvvəyə minib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, yanvarın 1-dən taksi sürücülərinə sükan arxasında, şəxsi avtomobil sürücülərinə isə salonda uşaqlar olduqda siqaret çəkmək qadağan edilib.
Qanunu pozan taksi sürücüləri 200 lari, şəxsi avtomobil sürücüləri isə 50 lari məbləğində cərimə olunacaqlar. İl ərzində təkrar pozuntular qeydə alındıqda cərimələr ikiqat artacaq. Belə hal bir neçə dəfə təkrarlanarsa həmin şəxslər barəsində inzibati tədbirlər görüləcək.
Bundan başqa, siqaret və tütün məmulatları satan mağazalar üçün də yeni qaydalar qüvvəyə minib. Bu cür mağazalar orta məktəblərdən, ixtisasyönümlü peşə məktəblərindən və ali təhsil ocaqlarından 50 metr uzaqda fəaliyyət göstərməlidirlər. Əks halda onlar da 500 lari cərimə olunacaqlar.
Daha bir qadağa oyun biznesi ilə bağlıdır. Yanvarın 1-dən qumar biznesinin təşkilatçıları bələdiyyə büdcəsinə, lotereya təşkilatçıları isə dövlət büdcəsinə rüsum ödəməli olacaqlar. Rüsumun məbləğini bələdiyyələr müəyyən edəcəklər. Ölkə ərazisində tətbiq olunan digər qadağalar da var, onlar kommunal xərclər, ipoteka şərtləri və sair ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda 2018-ci ildən siqaretə qarşı mübarizə gücləndirilib. Restoran, bar və kafelərdə siqaret çəkməyi qadağan edən ilk qanun da həmin dövrdə qəbul edilib. Daha sonra hökumət tütün məmulatları üçün aksiz vergisini artırıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI