Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

" Kontakt home"un "macəra"ları bitib - tükənmir...

" Kontakt home"un "macəra"ları bitib - tükənmir...
5-07-2021, 13:57 451 dəfə baxılıb

"Kontakt Home:
İlkin ödənişsiz və arayışsız olmaqla, Nəğd və ya hissə-hissə ödənişlə, geniş çeşiddə məhsullar Kontakt Home online mağazasında pulsuz Çatdırılma və quraşdırılma."

İnandınız?

Düz edib inanmırsınız.

Zarafat edirik.

Daha doğrusu bu "zarafat"ı "Kontakt home" mağazaları özü edir hər kəslə.

Bütün televiziyalarda, radiolarda, sosial şəbəkələrdə yayımlanan reklam çarxlarında bu cür yalan vədlər verib, müştərini cəlb edirlər. Onların bu"tələ"sinə düşən müştərilər isə görəndə ki, reklamda deyilənlər heç də reallığı əks etdirmir, peşman olub, aldıqları malı geri vermək istəyirlər.

Amma ki, çi fayda.

Allahtərəfi "Kontakt home" mağazaları alınan malları "geri qaytarmıram" deyib, qanun pozmurlar. Geri qaytarmaq üçün elə şərtlər qoyurlar ki, müştəri çarəsiz qalıb malını götürür. Yaxud da müxtəlif bəhanələrlə müddəti uzadıb 14 günü ötürəndən sonra, məsuliyyəti üzərlərindən atırlar.

Bu yaxınlarda DogruXeber.az informasiya agentliyinin redaksiyasına "Kontakt home" mağazasından bir müştəri şikayəti daxil olmuşdu.

Şikayətçi bildirirdi ki: "Kontakt home"un ona zəmanətlə satdığı planşet 1 ay keçməmiş xarab olub. Müştəri planşeti mağazaya götürüb, mağaza ilə aralarındakı müqavilənin şərtlərinə uyğun olaraq dəyişdirilməsini tələb edib. Lakin, mağaza bu tələbin mümkün olmadığını, yalnız təmir edə biləcəklərini bildirib. Məsələ ilə bağlı redaksiyamız "Kontakt home" mağazalar şəbəkəsinin baş ofisi ilə əlaqə saxladıqdan sonra nəhayət mağaza tərəfindən planşet təmir edildi. Amma, nə əməldirsə redaksiyamıza şikayətçi olan müştərinin dediyinə görə, planşet heç gedib evə çatmamış yenə həmin vəziyyətinə düşüb. Hazırda işləmir və yollarda qalmaqdan, mağazanın səlahiyyətli nümayəndələri ilə çarpışmaqdan bezdiyi üçün pulundan vaz keçib, xarab planşeti atıb evə.

Sözügedən mağazalar şəbəkəsi haqqında şikayət təkcə bu olsaydı dərd yarıydı.

Son 3-4 ayda elə bir gün yoxdur ki, sosial medialarda "Kontakt home" barəsində bir müştəri şikayəti, yaxud hər hansı bir mənfi fəaliyyətini əks etdirən məlumat dərc olunmasın. Bunlardan ən böyüyü də yarası soyumayan, gözünün yaşı hələ qurumayan şəhid ailəsinin evindən şəhidin çarpayısını söküb aparmaları idi. Bu cür nə insanlığa, nə vicdana, nə də heç bir qanuna sığmayan addımlar atmış mağazalar şəbəkəsindən artıq hər şey gözləmək olar.

Reklam çarxlarında cürbəcür yalan vədlər verib müştərini cəlb etmək asandır. Amma, cəlb edilən müştərini razı salmaqdır əsas şərt.

Atalar yaxşı deyib: "Havayı pendir tələdə olur."

Yeri gəlmişkən "Kantakt home" mağazasının "tələyə qoyduğu pendir"lərdən bir parçası da onun "çatdırılma və quraşdırılma pulsuzdur" şüarıdır. Hansı ki, redaksiyamıza şikayət edən Karate və kikboks üzrə ikiqat dünya və Avropa çempionu,
Qobupark YK İdman Zalının baş məşqçi-müəllimi Novruz Xudiyev də sözügedən "tələ"nin "qurban"larındandır.


Belə ki, DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət edən Novruz Xudiyev deyir:

" Kontakt home"un  "macəra"ları  bitib - tükənmir...

" Kontakt home"un  "macəra"ları  bitib - tükənmir...

"Hörmətli DogruXeber.az redaksiyası:

Şəkildə gördüyünüz kondisioner komplektini 28.06.2021-ci il tarixdə, səhər saat 10:30 radələrində İnşaatçılar metrosunun çıxışındakı "Kontakt home"dan nağd köçürmə yolu ilə almışam. Və mənə deyilib ki, 3-5 gün müddətində "Kontakt home"un ustaları gəlib quraşdıracaqlar. Həmin kondisioner bir gün sonra - 29 iyunda Qobuparkdakı 15 saylı binada yaşayan, hər ikisi II qrup əlil xəstə ata-anamın yaşadığı 15 saylı mənzildə mənə təhvil verilib.

29 iyunda aldığım ikinci komplekti isə 30 iyunda gətirib mənim yaşadığım 23 saylı binanın 56 saylı mənzilinə qoyublar və deyiblər ki, qısa müddətdə gəlib quraşdıracaqlar. Ancaq, 6 gün keçsə də gəlib quraşdırmırlar.

Əlaqə saxlamaq üçün verdikləri *6060 telefon nömrəsinə zəng edəndə isə, cavab verirlər ki, "narahat olmayın, 9 gün ərzində ustalarımız gəlib quraşdıracaqlar". "Kontakt home"un günahı ucbatından kondisionerləri qaytarıb, pulumu geri tələb edəndə isə, məndən 40 manat pul istəyirlər. Göydən od ələndiyi indiki vaxtda bu "anormallar" insanları sinirləndirməkdən, sanki həzz alırlar...

Xahiş edirəm ki, mənim şikayətimi mətbuatda ictimailəşdirəsiniz ki, hətta Şəhid ailəsinə güzəşt etmək qabiliyyəti olmayan bu "dələduz" "Kontakt home" komandasının toruna bir daha heç kim düşməsin!"

Bəli, gördüyünüz kimi müştəri cəlb etmək üçün verilən vədlər reallıqda heç də özünü doğrultmur.

Əslində "Kontakt home" mağazalar şəbəkəsi bu davranışları ilə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunları qismən pozmuş olur. Odur ki, sözügedən mağazalar şəbəkəsi və onun kimi fəaliyyət göstərən digər mağazalar haqqında aidiyyəti qurumlar özləri bir müvafiq tədbirlər görməsələr, bu kimi narazılıqlar hələ çox davam edəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI