18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Xalqla bir döyünən ürək
Azərbaycan xalqı qürur dolu daha bir ilin astanasındadır. Qalib bir xalqın, öz sözünü deyə bilən bir məmləkətin vətəndaşı olaraq yaşamaq bir ayrı hisslərdir. Sanki zəfərimizin əldə olunması ilə hər kəsin həyatında bir dəyişkənlik oldu. Milli vətənpərvərlik ruhunun hakim olmadı bütün bunlarla bir daha özünü ön plana çəkir. Ölkə başçımız Cənab İlham Əliyevin hər bir siyasi addımı böyük inam və iftixar hissi ilə öz xalqı ruhlandırmağa davam edir.
Onun hər səfəri vətəndaşlarda bir ayrı ruh yüksəkliyi yaradır. Gəlim Hadruda olan son səfərə nəzər salaq. Ümumilikdə Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı. Bəli bütün bunlar ölkədə gedən məqsədyönlü işlərin bir hissəsi idi.
Təkcə Hadrud deyil bütün işqaldan azad olunmuş bölgələrimizdə bu özəlliyi hiss edirik.
Bizlərə qürurun ən pik nöqtəsini yaşadan məkan isə Qarabağımızın baş tacı olan Şuşamız oldu. O, Şuşa ki, hələ zamanında Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyev deyirdi:-"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur".
Ölkə başçımız Cənab Ali Baş Komandanımız isə "Mən ata vəsiyyətini yerinə yetirdim" ifadəsi ilə Şuşa sən azadsan! dedi və tarixi Azərbaycan torpağı olan Şuşanı bizlərə qaytardı.
Hadrutdan sonra Şuşaya yol açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.
Hədəfinə nail olmuş Azərbaycan xalqı işğal altındakı torpaqları azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq. Həmrəyliyin bəhrəsini yaşayan xalq Qarabağı düşmən cəngindən aldı.Torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq. Xalq birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.
Xalqımız bu xoş anları hələ çox yüzilliklər qeyd edəcəkdir və buna görə daima öz ölkə başçısına və müzəffər ordusuna minnətdardır. Qürurverici an həmdə ondan ibarətdir ki, ölkə başçımız İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib; - Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını təsdiqləyir. Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səsi gəlir. “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.
Müstəqil olmaq necə də gözəldir.
Müstəqilliyin əbədi olsun Azərbaycanım!
????????????????
Nəhayət Şirinova
ADPU Quba filialınının əməkdaşı.
İctimaiyyətçi.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının, "Zirvə" informasiya mərkəzinin, Zım.az saytının şimal zonası üzrə nümayəndəsi.