09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
60 illik şərəf və ləyaqət yolu!
????????????????
Möhtərəm Cənab Prezident!
Azərbaycan xalqının qalib sərkərdəsi !
Hec bilmirəm ki, sizə olan ülvi hisslərimi, minnətdarlığımı və ürək dolusu təbrikimi hansı sözlər, hansı cümlələrlə ifadə edim.
30 ildir davam edən, 7-dən 77- yə hər kəsə bir iztirab yaşadan Qarabağ boyda bir ağrını cəmi 44 günlük bir qısa zaman ərzində Azərbaycanımıza unutduran böyük lider, layiqli dövlət adamı.
Torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda sizin xüsusi səyiniz, zəhmətiniz və müzəffər Azərbaycan Ordusunun şücaəti dayanır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda apardığı və yarım qalmış mücadiləni illər sonra məhz siz, ata vəsiyyəti kimi hasilə yetirdiniz. Bəli Azərbaycan bütün dünyaya öz ərazi bütövlüyünə, öz dəyərlərinə sahib çıxa bilən bir ölkə olduğunu sübut etdi. İllərin acısı, ağrısı geridə qaldı. İmza atdığınız bu tarixi uğur yalnız Azərbaycanın deyil, ümumilikdə bütün Türk Dünyasının böyük tarixi uğurudur.Bunu deməyə çox böyük əsaslarımız vardır.Belə ki, Azərbaycanımızın səsinə tarixdən bu tərəfə olduğu kimi qardaş Türkiyədən operativ cavab gəldi. Bu da hər birimizə bəllidir ki
Qardaş Türkiyənin dəstəyi Azərbaycan Ordusunun Qələbəyə inamını biraz daha artırdı. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.
Bəli Azərbaycan oğulları Erməni faşistlərini döyüş meydanında məhv etdi.
Azərbaycan zəfər çaldı, qələbə qazandı.
Cənab Ali Baş Komandanım! Bir xalqın xoşbəxt olması üçün bundan dəyərli amil ola bilərmi?? Məncə yox!
Bu sevinc dolu hissləri siz və sizin illərdir böyük zəhmətiniz sayəsində formalaşdırdığınız Azərbaycan Ordusu bizlərə bəxş etdi.
Yaşınızın çox gözəl bir dönəminə təsadüf edir bu gözəl anlar.
60 illik yubileyinizdir.
Sizi bu özəl gününüz münasibəti ilə ürəkdən təbrik edirəm, əziz Prezidentim! Sizə olan təşəkkürlərim vazmağla bitməz. Tanrı şızi Azərbaycan xaldına çox görməsin tarix yazan böyük Liderimiz! Sizə can sağlığı, uzun sağlam ömür yolu arzu edirəm. Biz Quba gəncləri, Quba xanımları olaraq daima sizin ətrafınızda sıx birləşmişik apardığınız məqsədyönlü siyasəti daima dəstəkləyirik.
Tanrı sizi və dövlətimizi qorusun!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
AJB-nin üzvü."Vətənim-Azərbaycandır.az" xəbər portalının, şimal reqionu üzrə nümayəndəsi.