Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Binaların su təminatı ilə bağlı tələblər müəyyənləşib

Binaların su təminatı ilə bağlı tələblər müəyyənləşib
14-12-2021, 21:52 147 dəfə baxılıb

Binanın su ilə təminatı yaşayış məskəninin mərkəzi su təchizatı şəbəkəsindən nəzərdə tutulmalıdır.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda qeyd edilib.
Sənədə əsasən, mərkəzi su təchizatı şəbəkəsi olmayan rayonlarda bir-iki mərtəbəli binalar üçün yeraltı sulu laylardan və ya su hövzələrindən, gündəlik su sərfi adambaşına 60 litrdən az olmamaq şərti ilə, fərdi və ya kollektiv su mənbəyinin nəzərdə tutulmasına yol verilir.
Çirkab sularının kənarlaşdırılması üçün müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş və ya lokal kanalizasiya sistemi nəzərdə tutulmalıdır.
Çirkab suları, həmçinin ərazi və yeraltı sulu laylar çirkləndirilmədən kənarlaşdırılmalıdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI