19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Sığınacaq axtaran şəxslərin işləri üzrə İşçi Qrupun görüşü keçirilmişdir.
11 dekabr 2021-ci il tarixdə Bakı şəhər,Beynəlxalq Avrasiya Mətbuat Fondunun iclas zalında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətiyanında İctimai Şuranın Azərbaycanda Sığınacaq axtaran şəxslərlə bağlı İşçi Qrupun görüşü keçirilmişdir.
Görüşdə Dövlət Miqrasiya Xidməti (DMX) idarəsinin nümayəndəsi Rüfət Əliyev,Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri, qeyri-hökumət təşkilatlar və media nümayəndələri iştirak etmişlər.Görüşdə əvvəl təqdimat olmuş, QHT nümayəndələri fəaliyyət göstərdikləri təşkilatları haqqında tanışlıq vermiş və miqrasiya sahəsində görüləcək işlərlə bağlı təklif və suallar vermişlər. Onlar görüşün və İşçi Qrupun tətbiq edilməsindən məmnun olduqlarını bildirmiş və çox müsbət qarşılamışlar.Çıxış zamanı İşçi Qrupun rəhbəri Zəminə Səfərova miqrantların Azərbaycanda üzləşdikləri problemlərin həllində Dövlət Miqrasiya Xidmətinin və İctimai Şuranın böyük əməyi olduğunu vurğulamışdır.Eyni zamanda DMX yanında İctimai Şuranın miqrasiya sahəsində gördüyü işlərin böyük rolu olduğunu bildirmişdir.
QHT sədrləri çıxışlarında Dövlət Miqrasiya Xidməti rəhbərliyinə və İctimai Şura rəhbərinə İşçi Qrupun yaradılmasına və QHT nümayəndələrinin cəlb edilmələrini müsbət qarşılamışlar və gələcək fəaliyyətlərdə dəstək olacaqlarını bildirmişlər.İştirakçıların təklif və suallarını DMX nümayəndəsi cavablandırmış və edilən təklifləri qeyd etmişdir.
Z.Səfərova bildirmişdir ki, Sığınacaq axtaran şəxslərin işləri üzrə cari ilin ikinci yarısında 20-dən çox müraciətlər olmuşdur və həmin müraciətlər İctimai Şuranın rəhbərliyinə və Dövlət Miqrasiya Xidmətinə təqdim edilmişdir. Nəticə etibarı ilə Dövlət Miqrasiya Xidməti və İctimai Şura tərəfindən həmin müraciətlərin əksəriyyəti öz həllini tapmışdır.
Görüşün sonunda 12 QHT sədrlərindən ibarət işçi qrupun üzvləri müvafiq istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bildirmişlər, miqrantların hüquqlarının pozulmaması üçün birgə əməkdaşlıqla həlli istiqamətində fəaliyyət göstərəcəklərini bildirmişlər.
Sonda çay süfrəsi təşkil edilmiş və xatirə şəkilləri
çəkilmişdir.
Çinarə Cənnətova
"Vətənim-Azərbaycandır".az