Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Minaya düşənlər hansı şirkətin əməkdaşlarıdır?

Minaya düşənlər hansı şirkətin əməkdaşlarıdır?
9-12-2021, 14:19 173 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs minaya düşüb.

Baş Prokurorluqdan “Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, faktla bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma  ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı, 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı, 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI