Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Müəllim maaş azlığına görə salonda dırnaq ustası işləyir”

“Müəllim maaş azlığına görə salonda dırnaq ustası işləyir”
9-12-2021, 14:05 148 dəfə baxılıb

“Ali təhsil sisteminə müəyyən dəyişiklər edilməsə, yaxşı nəticə əldə olunmayacaq. Bu sahədə bəzi boşluqlar özünü göstərir.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.
O, hansı təhsil sahəsinin son illər inkişafdan geri qaldığını açıqlayıb: “Bu gün Azərbaycanda 60 min diplomlu, amma işsiz olan müəllim var. Bu, heç kimə lazım deyil. Müəllimlər niyə işsiz qalmalıdır? Bazarın tələblərinə uyğun ali təhsil sistemi yaradılmalıdır. Hər il minlərlə müəllim işə qəbul olunur. Bu gün universitetlərdə bir çox lazımsız ixtisaslar var, onların heç birinə ehtiyac yoxdur.
Məktəbəqədər təhsil müəssisələri belə uşaqların tələbatının 15-20 %-ni  qarşılaya bilmir, bu istiqamətdə kadr yaratmağın nə manası var. Təhsil sistemi onu nəzərə almalıdır ki, hazırda hansı ixtisaslar vacibdirsə, onlara uyğun kadrlar formalaşdırılsın.  Biz işsizlər ordusumu yetişdiririk?”.
O bildirib ki, hər 5 ildən bir tələblər dəyişir, buna uyğun yeni ixtisaslar yaranır: “Beyin mərkəzləri yaradılmalı və onlar da dövlətə təkliflər verməlidir. Bu qədər müəllim ordusunu yetişdirərək bazara buraxmaq çox absurtdur.
Bir dəfə gözəllik salonunda saç düzəldən xanım mənə ali təhsilli psixoloq olduğunu dedi. Digəri isə mənə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələndiyini söylədi və maaş aşağı olduğu üçün dırnaq ustası kimi çalışdığını dilə gətirdi. Gözəllik salonunda işləyənlərin 70 %-i ali təhsillidir. Bu, həqiqətən də biabırçılıqdır. Onların əksəriyyəti pedoqoji sahəni bitirənlərdir. Çox faciəvi haldır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI