Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zəfər paradı 30 il gözlədiyimiz böyük hadisə

Zəfər paradı 30 il gözlədiyimiz böyük hadisə
9-12-2021, 07:53 265 dəfə baxılıb

Bəşər tarixində elə anlar, elə hadisələr var ki, onlar heç zaman yaddaşlardan silinmir. Çünki o tarixlər təkcə insan beyninə, yaddaşına deyil, yer üzündə tarıxıləşən bir səlnaməyə çevrilir. 200 ildən çox  böyük bir tarixi gedişatda  heç yaşanılmayan və möhtəşəmliyi ilə bütün kainatı silkəliyən Azərbaycanımizin  zəfər tarixi də bu silsilədəndir.
 İzdihamlı Zəfər paradı isə bu möhtəşəmliyin üzük qaşına çevrildi.
   Bütün dünyaya səs salan bu olay hər kəsin qəlbində özünəməxsus iz buraxdı. Necə ki, dillərə dastan oldu və hələ neçə yüz illiklər bu qürurlu hadisədən bəhs olunacaqdır. Gəlin bu gün məhz zəfərimizin bəzəyi olan Zəfər paradından bəhs edək.
Keçən  ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini və Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun gücünü, qüvvətini cahana bəyan etmiş oldu.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” deyə öz sevincini xalqına çatdırmağa çalışdı.
  Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etməsi böyük tarixi hadisə idi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etməsi isə böyük qardaşlıq və dostluğun təcəssümü idi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etməsi Azərbaycan adlı ölkənin qürurundan , böyüklüyündən xəbər verirdi.
Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi bu xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqlarımızın mənəvi yaxınlığından xəbər verirdi. Zamanın məngənəsindən çıxmış böyük birliyin nümayişi idi bütün bunlar.
    Qardaş Türkiyənin dəstəyi Azərbaycan Ordusunun Qələbəyə inamını biraz daha artırdı. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.
    Bəli Azərbaycan oğulları Erməni faşistlərini döyüş meydanında məhv etdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə hər birimizə bəlli olduğu kimi noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu Azərbaycan rəhbərliyinin, ordusunun və  əsgərinin mənəvi üstünlüyü idi.Ermənistan ordusu isə  mənəvi məğlubiyyətə uğradı.  Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi, acizliyini, qorxaqlığını boynuna aldı və məğlubiyyətinin fərqinə vardı.
  Zəfər paradının möhtəşəm  motivasıyasından sonra isə ard-ardınca öz uğurlarını sərgiləyən ölkəmiz dünyanı özünə heyran qoymaqda davam edir. İşqaldan azad olunan əzəli torpağlarımızda və ümumilikdə ölkəmizdə gedən genis miqyaslı quruculuq işləri buna bariz sübutdur.
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir idi və ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub.  Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.  Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti də düzgün aparılmışdır. Vətən savaşı bunu sübut etdi.  Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı bu nəticəyə sahib ola bilməzdik. Azərbaycan xalqı istəyinə nail oldu, qələbə qazandı, zəfər çaldı.
Əbədi olsun.

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
AJB-nin üzvü. "Vətənim-Azərbaycandır."az xəbər portalının şimal zana üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI