Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Rafael Cəbrayılovun qardaşı 7 milyon vergi ödənişindən yayınıb”

“Rafael Cəbrayılovun qardaşı 7 milyon vergi ödənişindən yayınıb”
2-12-2021, 18:28 218 dəfə baxılıb

Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun həyat yoldaşı Aida Cəbrayılova mərhum ərinin qardaşı Elşən Cəbrayılovu cinayət törətməkdə ittiham edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, A.Cəbrayılova bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatət verərək E.Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
Mərhumun həyat yoldaşı iddia edib ki, ərinin ittiham olunduğu cinayət əməllərinin əsl səbəbkarı qaynı Elşən Cəbrayılovdur: "Elşən qardaşını ağır duruma salıb özü Türkiyə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. Elşən Cəbrayılov Rafael Cəbrayılovun cinayət işi üzrə zərərçəkmişlərlə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlayıb, möhürlə təsdiq etdib, vətəndaşlardan pulları qəbul edib.
Rafael Cəbrayılov ifadələrində və vəsatətlərində göstərib ki, Elşən Cəbrayılov vergi orqanlarının əməkdaşları ilə əlaqəyə girərək 7 milyon vergi ödənişindən yayınıb. Hesab edirəm ki, istintaqın yol verdiyi nöqsanların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmadığından cinayət işi istintaqa qaytarılmalıdır".
Qeyd edək ki, R.Cəbrayılov 2005-2019-cu illərdə Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olub. 2019-cu ildə onun deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürdüyü üzə çıxıb. Daha sonra deputat mandatı ləğv edilib. Bu ilin aprelində isə dələduzluq əməllərinə görə həbs edilib.
R.Cəbrayılov deputat olarkən torpaq sahəsinə dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu mənimsəməkdə ittiham edilirdi.
Rafael Cəbrayılov həbsdə koronavirusa yoluxaraq bu il sentyabrın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Ölümündən sonra həyat yoldaşı Aida Cəbrayılova onun hüquqi varisi kimi tanınıb. Məhkəmə istintaqı davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI