19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
“AA” seriyalı maşının da olduğu qəza ilə bağlı - Açıqlama
Bu gün səhər saatlarında Bakıda “AA” seriyalı avtomobilin iştirakı ilə baş verən yol qəzası haqda rəsmi açıqlama verilib.
DİN Mətbuat xidmətindən “Vətənim-Azərbaycandır.az”ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.
Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam etdirilir.
Qeyd edək ki, piyadanın qarşısına düşdüyü “BMW” markalı avtomobil 10 AA 659 nömrə nişanlıdır.