Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

3-cü dozanı vurduranlar üçün 4-cü məcburidir?

3-cü dozanı vurduranlar üçün 4-cü məcburidir?
2-12-2021, 12:48 283 dəfə baxılıb

Son günlər sosial şəbəkələrdə koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni üçüncü dozadan sonra 4-cü dozanın tələb edilməsi məsələsi müzakirə olunur. Vətəndaşlar bildirir ki, 3-cü dozadan sonra onların sənədinə artıq 4-cü dozanın vurulması ilə bağlı vaxt da yazılır. Sualdoğuran detallardan biri də odur ki, 4-cü dozadan sonra "etabib" proqramında sistemdə olan əvvəlki iki vaksinlə bağlı məlumatlar silinir. 

“Qafqazinfo” məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Cavab olaraq saytımıza bildirilib ki, hazırda ilkin vaksinasiyadan 6 ay sonra “buster” və ya “revaksinasiya” mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın (3-cü doza) vurulması tövsiyə olunur. “Buster” dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.
Agentlikdən verilən məlumata görə, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur: “Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən SMS-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur”.
Mövzu ilə bağlı “Vətənim-Azərbaycandır.az”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər: "4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda, nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər".
4-cü dozadan sonra sistemdən əvvəlki iki vaksinlə bağlı məlumatların silinməsi məsələsinə gəldikdə isə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, məsələni araşdırmaq üçün qeyd edilən halla rastlaşmış şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin FİN kodu təqdim edilməlidir.
Əvvəlki vaksin məlumatlarının sistemdən silinməsi haqda sosial şəbəkələrdə vətəndaşlar tərəfindən paylaşımlar olsa da, TƏBİB-dən saytımıza verilən məlumatda bildirilib ki, elə bir şey yoxdur: "Olsa da, vətəndaş fərdi şəkildə müraciət edə bilər". 
Bununla bağlı vətəndaşlara göndərilən SMS-lərlə bildirilir ki, üçüncü doza vurulandan sonra növbəti dozanı qəbul etmək üçün yaxınlaşmaq mütləq deyil. 
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 567 min 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 83 min 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 573 min 036 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 911 min 353 nəfər təşkil edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI