Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Minaya düşən hərbçinin ayağı amputasiya olundu

Minaya düşən hərbçinin ayağı amputasiya olundu
29-11-2021, 13:50 202 dəfə baxılıb

Dünən Füzulidə minaya düşən hərbçilərdən birinin ayağı amputasiya olunub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olan 2002-ci il təvəllüdlü Murad Məmmədzadə sol ayağı topuqdan aşağı amputasiya olunub. Onun Lənkəranın Liman şəhər sakini olduğu bildirilir.
Digər yaralı hərbçi, İmişli rayonu Cəfərli kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədzadə Sarib İdris oğlu sağ ayağına cərrahi müdaxilə edilərək əməliyyat olunub. Onun ayağı amputasiya olunmadan xilas edilib.
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya məlumatı təsdiqləyib.
Qeyd edək ki, hər iki hərbçi dünən Füzuli rayonunun Şükürbəyli kəndinə xidmətdə olarkən piyada əleyhinə minaya düşüblər.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI