Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs rüşvət aldığı üçün HƏBS EDİLDİ

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs rüşvət aldığı üçün HƏBS EDİLDİ
22-11-2021, 21:34 311 dəfə baxılıb

Azərbaycanda vəzifəli şəxs rüşvət aldığı üçün HƏBS EDİLDİ

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun vəzifəli şəxsi Rafiq Əzizov rüşvət almaqda ittiham edilərək həbs edilib.
 
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
 
Artıq cinayət işinin istintaqı tamamlanıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Rafiq Əzizov 2016-cı ildə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin keçirdiyi müsahibə ilə işə qəbul olunub. Sözügedən Komitə 2018-ci ildə ləğv olunaraq səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI