18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
18 noyabr 2021-ci ildə ''Zəfərə doğru addımla'' layihəsi çərçivəsində Safranbolu Gənclər Mərkəzində tədbir keçirildi.
Tədbir Karabük Gənclər və İdman İdarəsinin, Gənclərin Töhfəsi İB və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mənəvi Dəyərlərin Təbliği Fondu , Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə Gənclik Xidmətləri şöbə müdiri, Safranbolu Gənclər Mərkəzinin müdiri Emrah Barındırır açdı. Ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra iki qardaş ölkənin dövlət himnləri səsləndi, iki ölkə arasında tarixi dostluq və qardaşlıq videosu təqdim edildi.
Video izləndikdən sonra Karabük Gençlik və İdman İdarəsinin müdiri Coşkun Güven çıxış etdi.
Daha sonra layihə rəhbəri, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin sədri Məhsəti Hüseynova və Gənclərin Töhfəsi İB sədri Asim Vəliyev layihə haqqında, 44 günlük Qarabağ savaşı, qazanılan Qarabağ Zəfəri barədə iştirakçılara geniş məlumat verdi.
Karabük Üniversitesi Uluslararası İlişkiler Bölümü Öğretim Üyesi Prof.Dr. Ali Asker və Karabük Üniversitesi Azerbaycan Öğrenci Kulübü Başqanı Eşkin İsmailov “Kafkasya’da Güncel Uluslararası Gelişmeler ve Karabağ Zaferi” mövzusunda geniş məlumat verdilər.
Geniş marağa səbəb olan tədbirin ardından Məhsəti Hüseynova Və Asim Vəliyev müsahibə üçün yerli TV kanalı BRTV-yə dəvət olundu.
Baş Redaktor: KAMRAN ORUCOV.
Vətənim-Azərbaycandır.az