Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

18 noyabr 2021-ci ildə ''Zəfərə doğru addımla'' layihəsi çərçivəsində Safranbolu Gənclər Mərkəzində tədbir keçirildi.

18 noyabr 2021-ci ildə ''Zəfərə doğru addımla'' layihəsi çərçivəsində Safranbolu Gənclər Mərkəzində tədbir keçirildi.
21-11-2021, 01:30 126 dəfə baxılıb

Tədbir Karabük Gənclər və İdman İdarəsinin, Gənclərin Töhfəsi İB və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mənəvi Dəyərlərin Təbliği Fondu , Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir. 
Tədbiri giriş sözü ilə Gənclik Xidmətləri şöbə müdiri, Safranbolu Gənclər Mərkəzinin müdiri Emrah Barındırır açdı. Ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra iki qardaş ölkənin dövlət himnləri səsləndi, iki ölkə arasında tarixi dostluq və qardaşlıq videosu təqdim edildi.
Video izləndikdən sonra Karabük Gençlik və  İdman İdarəsinin müdiri Coşkun Güven çıxış etdi.
Daha sonra layihə rəhbəri, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin sədri Məhsəti Hüseynova və Gənclərin Töhfəsi İB sədri Asim Vəliyev layihə haqqında, 44 günlük Qarabağ savaşı, qazanılan Qarabağ Zəfəri  barədə iştirakçılara geniş məlumat verdi.  
Karabük Üniversitesi Uluslararası İlişkiler Bölümü Öğretim Üyesi Prof.Dr. Ali Asker və Karabük Üniversitesi Azerbaycan Öğrenci Kulübü Başqanı  Eşkin İsmailov  “Kafkasya’da Güncel Uluslararası Gelişmeler ve Karabağ Zaferi” mövzusunda geniş məlumat verdilər.
Geniş marağa səbəb olan tədbirin ardından Məhsəti Hüseynova Və Asim Vəliyev müsahibə üçün yerli TV kanalı BRTV-yə dəvət olundu.
Baş Redaktor: KAMRAN ORUCOV.
Vətənim-Azərbaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI