Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”

“Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”
20-11-2021, 13:14 215 dəfə baxılıb

“Mən hələ Azərbaycanda koronavirus əleyhinə peyvəndə görə əks göstəriş olan bir xəstə görməmişəm”. 

Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, bunu tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov “COVID-19: Erkən və gecikmiş fəsadlar” beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, bu gün insanlar arasında çaşqınlıq yaradan sosial şəbəkələr deyil, həkimlərdir:
“Biz həkimlər xəstələrə səhv yön veririk. Bunu bəzən səhiyyə qurumları olaraq da edirik. Əgər səhiyyə qurumu olaraq bu gün çıxıb deyiriksə, xüsusi ekspertiza yaradılır, əlbəttə, bu, ölkədə çaşqınlıq yaradacaq. Bir gün o çaşqınlıq və qorxular əsasında peyvənd vurdurmayıb həyatını itirən insanlar olur. İnsanlarda bu qədər çaşqınlıq yaradan biz həkimlərik. Qorxu içində peyvənd vurdurmamaq bəzi insanların günahı ola bilər, amma onlar həyatını itirdiyi halda bunun məsuliyyəti bizə də düşür. Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI