Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Taksi sürücülərini aldadıb pullarını alan 18 yaşlı qız saxlanıldı.

Taksi sürücülərini aldadıb pullarını alan 18 yaşlı qız saxlanıldı.
19-11-2021, 14:32 193 dəfə baxılıb

Taksi sürücülərini aldadıb pullarını alan gənc qız saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Vətənim-Azərbaycandır.az"a bildirilib ki, bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə məlumat paylaşılıb ki, Bakı şəhəri ərazisində yeniyətmə qız taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmır.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı S.İ. olması müəyyən edilib. O, saxlanılaraq polis idarəsinə gətirilmiş və törətdiyi hüquqazidd əməlləri etiraf edib. 
Qeyd edək ki, S.İ-nin hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI