18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasimi keçirilib
Qubanın Vətən müharibəsi Şəhidlərinə həsr edilən 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ adlı kitabın təqdimat mərasimi keçirilibTədbirdə əvvəlcə 1 dəqiqəlik sükutla Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımız yad edilib Kitabın müəllifi ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədov haqqında məlumat verilib.Şıxəmməd müəllim 69 illik ömrünün 50 ilini gənc nəslin təlim və tərbiyəsinə hər etmiş dəyərli ziyalımızdır. Qubamızın sayılıb seçilən yazaralarındandir.
Daha sonra tədbirdə filialın direktoru dosent Yusi Alıyevin geniş nitqi dinlənilmişdir O, bildirib ki, müəllifin son bir illik hərb tarixinə ən böyük xidməti, yazdığı 44 günlük tarixi möcüzə" kitabıdır. O bu günümüzün diri şəhididir. O həmdə bu günümüzün şahididir. O, şahid olduqlarını, eşitdiklərini, gördüklərini, həzin kövrək pıçıltılarla qələmə alıb.
Şixəmməd Seyidməmmədov Quba şəhidlərinə olan borcunu QUBA ŞƏHİDLƏRİ və 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ kitabları ilə yerinə yetirib. Bu adi iş deyil, ağır zəhmətdir, ürək ağrısıdır. 44 günlük tarixi möcüzə. Bu adi kitab da deyil. 50 dastandır, 50 ağrıdır. Müəllif 50 nəfərlik igid soydaşlarımızın ömür yolunu özünəməxsus yığcamlıüla, kövrək, incə bir ruhla qələmə almış, 50 nəfər şəhid ömrü yaşamışdır.Bu səbəbdən filial rəhbəri olaraq lazımi dəstəyi göstərilmiş, önsözdə də bütün fikirlərimiz qeyd edilmişdir.
Tədbirdə ADPU-nun Quba filialının dekanı Qələmşah İdrisovun da Zəfər Çələngi adlı kitabı haqqında da məlumat verilib. Bu kitab Müzəffər Ali Baş Komandannın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsinə həsr edilib.
Daha sonra hər zaman öz vətənpərvərliyi ilə tanınan filialın əməkdaşları, Təbiət Fənnləri və onun tədrisi metodikası kafedrasının müdiri Güləddin Həmzəyev, Pedaqoji Fakültənin dekanı Qələmşah İdrisov, Qabaqcıl təhsil işçisi Rahib Alpanlı, İctimaiyyətçi, AYB üzvü Nəhayət Şirinova da öz dəyərli fikirlərini qeyd etmiş, müəllifə yaradıcılıq uğurları arzu etmişlər.
Gənc nəslin vətənpərvərlik tərbiyədində göstərdiyi xidmətlərə görə kitabın müəllifi Ş.Seyidməmmədov
Fəxri fərman təltif edilmişdir.
Tədbirdə həmçinin filialın tələbələrinin çəkdikləri rəsmlər nümayiş olunub, müəllifin həyat və yaradıcılığına, Şəhidlərimizə aid hazırladıqları videoçarxlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
Vətənim-Azərbaycandır.az xəbər portalının şimal zonası üzrə nümayəndəsi.