19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasimi keçirilib
Qubanın Vətən müharibəsi Şəhidlərinə həsr edilən 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ adlı kitabın təqdimat mərasimi keçirilib
Tədbirdə əvvəlcə 1 dəqiqəlik sükutla Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımız yad edilib
Kitabın müəllifi ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədov haqqında məlumat verilib.Şıxəmməd müəllim 69 illik ömrünün 50 ilini gənc nəslin təlim və tərbiyəsinə hər etmiş dəyərli ziyalımızdır. Qubamızın sayılıb seçilən yazaralarındandir.
Daha sonra tədbirdə filialın direktoru dosent Yusi Alıyevin geniş nitqi dinlənilmişdir O, bildirib ki, müəllifin son bir illik hərb tarixinə ən böyük xidməti, yazdığı 44 günlük tarixi möcüzə" kitabıdır. O bu günümüzün diri şəhididir. O həmdə bu günümüzün şahididir. O, şahid olduqlarını, eşitdiklərini, gördüklərini, həzin kövrək pıçıltılarla qələmə alıb.
Şixəmməd Seyidməmmədov Quba şəhidlərinə olan borcunu QUBA ŞƏHİDLƏRİ və 44 GÜNLÜK TARİXİ MÖCÜZƏ kitabları ilə yerinə yetirib. Bu adi iş deyil, ağır zəhmətdir, ürək ağrısıdır. 44 günlük tarixi möcüzə. Bu adi kitab da deyil. 50 dastandır, 50 ağrıdır. Müəllif 50 nəfərlik igid soydaşlarımızın ömür yolunu özünəməxsus yığcamlıüla, kövrək, incə bir ruhla qələmə almış, 50 nəfər şəhid ömrü yaşamışdır.Bu səbəbdən filial rəhbəri olaraq lazımi dəstəyi göstərilmiş, önsözdə də bütün fikirlərimiz qeyd edilmişdir.
Tədbirdə ADPU-nun Quba filialının dekanı Qələmşah İdrisovun da Zəfər Çələngi adlı kitabı haqqında da məlumat verilib. Bu kitab Müzəffər Ali Baş Komandannın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsinə həsr edilib.
Daha sonra hər zaman öz vətənpərvərliyi ilə tanınan filialın əməkdaşları, Təbiət Fənnləri və onun tədrisi metodikası kafedrasının müdiri Güləddin Həmzəyev, Pedaqoji Fakültənin dekanı Qələmşah İdrisov, Qabaqcıl təhsil işçisi Rahib Alpanlı, İctimaiyyətçi, AYB üzvü Nəhayət Şirinova da öz dəyərli fikirlərini qeyd etmiş, müəllifə yaradıcılıq uğurları arzu etmişlər.
Gənc nəslin vətənpərvərlik tərbiyədində göstərdiyi xidmətlərə görə kitabın müəllifi Ş.Seyidməmmədov
Fəxri fərman təltif edilmişdir.
Tədbirdə həmçinin filialın tələbələrinin çəkdikləri rəsmlər nümayiş olunub, müəllifin həyat və yaradıcılığına, Şəhidlərimizə aid hazırladıqları videoçarxlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
Vətənim-Azərbaycandır.az-ın xəbər portalının şimal zonası üzrə nümayəndəsi