18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
16 Noyabr Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.
Azərbaycan kimi qüdrətli və multikultural dəyərlərə sahib olan bir ölkə üçün həqiqətən də böyük önəm daşıyan bir tarixdir.
Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində məqsəd dünya xalqlarının bir-birinə dözümlülük nümayiş etdirərək onları mehriban qonşular kimi yaşamağa səsləməkdir.
Və mən deyərdim ki, bu səslənmə söz olaraq deyil əməl olaraq əsrlərdir yaşam tərzinə çevrilmiş və davam etməkdədir.
Azərbaycanın hazırda bütün dünyada tolerant ölkə kimi tanınmaqdadır. Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində çox önəmli, məqsədyönlü və mükəmməl tədbirlər həyata keçirtmişdir. Və bütün bu səylərin nəticəsidir ki, uzun illərdir Azərbaycanda azsaylı xalqların nümayəndələri qardaşcasına, dostcasına yaşayırlar. Artıq ortaqlaşan, qovuşma müstəvisində olan milli, mənəvi dəyərlərimiz vardır.Və bu etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Konstitusiyada təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirməsi üçün əlindən gələni edirlər. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub və olmaqdadır. Bu gün Azərbaycanın bir neçə rayonu var ki, sırf tolerantlıq nümunəsinə çevrilmişdir və multikulturalizm mərkəzinə çevrilmişdir.
Bunun bariz nümunəsidir ki, bu gün təqribi hesabla Azərbaycan əhalisinin 8,5 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bunlara yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, ləzgilər, qaraçılar, udilər, ruslar, molokanlar və s. daxildir.
Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.
Bax budur əsl tolerantlıq.
Yaşasın multikultural və tolerant ənənələrin vahid məkanı olan qüdrətli Azərbaycanımız!
????????????????
Nəhayət Şirinova
Vətənim-Azərbaycandır.az